“Biz müharibəni özümüzdən sonrakı nəsillərə saxlaya bilmərik” – Mənsum İbrahimov

Gununsesi.org xalq artisti Mənsum İbrahimovun Yenisabah.az-a müsahibəsini təqdim edir:

– Mənsum bəy, cəbhədə baş verən hadisələri izləyirsinizmi?

– Əlbəttə, izləyirəm. Düz 30 ildir ki, mənfur qonşumuzla – erməni ilə düşmən münasibətindəyik. Torpaqlarımız işğal altındadır, xalq da artıq cana doyub. Bütün xalq, ordumuz, dövlətimiz cana doyub. Son hadisələr də bir daha onu göstərdi ki, bu işin sonu yalnız müharibədir. Ermənilərin danışıqlarla torpaqları qaytarmaq fikri yoxdur. Ordumuz da onların layiqli cavabını verir. Təbii ki, üzücü haldır, generalımız başda olmaqla 12 şəhid verdik. Allah onlara rəhmət eləsin. Onlara görə çox üzüldük, amma əlbəttə ki, ordumuz düşmənə daha çox itki verdirdi və onlar geri çəkildi. Məni sevindirən, qürur verən bir hadisə oldu ki, bu dəfə bütün xalqımız birləşdi. İstər Azərbaycanda, istər ölkəmizdən kənarda həmvətənlərimiz birləşdi. İyulun 14-ü keçirilən yürüşü qürurla izlədik. Minlərlə gəncimiz, vətəndaşımız küçələrə axışdı, ordumuza dəstək oldu. Bu gün də hər biri orduya könüllü yazılırlar, dəstək olurlar. Düşünürəm ki, belə də lazımdır və tezliklə ordumuzun gücü ilə torpaqlarımızı qaytaracağıq, çünki bunun sonu yoxdur. Artıq 30 il keçib, biz müharibəni bunu özümüzdən sonrakı nəslə saxlaya bilmərik. Biz birlik olaraq, ordumuzun, dövlətimizin arxasında dayanaraq torpaqlarımızı azad etməliyik! 

– Aprel hadisələrindən sonra ikinci dəfə düşmənin burnu ovuldu. Ordumuzun budəfəki uğuru sizdə hansı təəssürat yaratdı? Qələbə yaxındadırmı?

– Mən düşünürəm ki, artıq zaman yetişib. Hamımız xalqın əzmini gördük. Bəzən görürdük deyirlər ki, “əşşi, indiki gənclik vətən hayında deyil, laqeyddirlər” və s. Amma son hadisələrdə gördük ki, gənclər necə meydanlara töküldü. Həqiqətən belə idi, çünki onların qan yaddaşı var. Bizim xalqımız igid, yüksək mədəniyyətli xalqdır. Torpağımızın heç bir qarışını da kiməsə verməyəcəyik! Tovuz bölgəsi də düşmən tərəfindən təsadüfi seçilməmişdi. Ora strateji bir yerdir, enerji xəttləri keçir, dünyaya çıxışımızdır. Türkiyənin də bizi dəstəkləməsi qürurverici oldu. Qardaş ölkə olaraq hər zaman yanımızda oldular. 

– Cəmiyyətdə, sosial şəbəkələrdə müharibə çağırışları getdikcə artır. Yəqin siz də bunu müşahidə edirsiniz…

– Bilirsiniz, o çağırışlar çox yaxşıdır. Ona görə ki, artıq bizim Prezidentimizin də dünya ölkələrinə deməyə sözü olur ki, artıq mənim xalqım məndən tələb edir, müharibə istəyir. Çünki biz 30 ildir dözürük. Nə qədər dözməliyik?! 

– Təəssüf ki, böyük dövlətlərin, beynəlxalq təşkilatların çoxu düşməni öz adıyla çağırmaq istəmir. Bir-iki dövlət istisna olmaqla erməni təxribatını pisləyən çox dövlət və təşkilat var. Bu barədə nə düşünürsünüz?

– Bizə deyirlər güzəşt edin. Nəyə güzəşt edək? Torpağımızı vermişik, nə edək, torpaqlarımızı onlara bağışlamalıyıq?! Avropa ölkələri, ATƏT filan heç biri bir iş görmür. Yalandan deyirlər, turist kimi gəlib, üç-beş gün burada qalıb gedirlər. Bunun sonu olmalıdır. Xalq da bezib, prezidentimiz də ən yüksək kürsüdən yumruğunu vurub və “Qarabağ Azərbaycanındır” deyir. Xalqın müharibə çağırışları da elə-belə deyil çünki xalqımızın döyüş əzmi qırılan deyil. Xalq bu gün birdir, indi bir zamandır, o an gəlib yetişib. Hazırda xalq da, ordu da, dövlət də birdir. Biz bundan istifadə etməliyik, boş-boşuna danışıqlara getməməliyik. Yalnız bir halda danışıqlara getmək olar – əgər nəticəsi olacaqsa. Torpaqlarımız qayıdacaqsa. Əks halda yox. Qanla verilən torpaq, qanla da alınacaq. 

– Son günlər sənət adamları da dəstək olmaq üçün könüllü şəkildə orduya yazılırlar. Lakin bu cəmiyyət tərəfindən birmənalı qarşılanmır, onları bu məsələdə şou yaratmaqda ittiham edənlər var…

– Fikrimcə, bu məsələdə hər kəs bir olmalıdır, hamı öz işində vətəninə xidmət etməlidir: jurnalist öz qələmi, ifaçı səsi ilə. Mənim silahım səsimdir. Qrupumun adı 25 ildir “Qarabağ Muğam Qrupu” olaraq gedir. Biz bütün ölkələrdə o adla çıxış edirik. Tərcümeyi-hallarda hər zaman göstəririk ki, bizim torpağımız işğal altındadır: Mənim anadan olduğum Ağdam, Fizuli, Zəngilan torpağı işğal altındadır. Yəni hər bir kəs bunu öz işi ilə göstərməlidir. Müharibə təkcə döyüş meydanında getmir, həmçinin informasiya sahəsində, mədəniyyət sahəsində də gedir. Yoxsa pafosla, şou göstərmək xatirinə nələrsə etməyin əleyhinəyəm. Görürsünüz, bu gün nə qədər musiqilərimizi oğurlayırlar. Biz keçən il Efiopiyaya getmişdik, orada bizi tarix muzeyinə apardılar. Biz orda gördük ki, erməninin əlifbası Efiopiya əlifbasıdır. Mən orada video çəkib sosial şəbəkədə də paylaşmışdım. Bu millətin heç bir şeyi yoxdur, nə dili, nə əlifbası. Musiqisi bizim, torpağı bizim, yeməyi bizim. Hərədən bir az nə isə oğurlayıb. Bu millət qondarma bir millətdir. Bu millət dünyaya zərərverici həşərat, bir virus kimi gəlib. Biz indi gözəgörünməz virusla – koronavirusla vuruşuruq. Amma əsas gözəgörünən virus – erməni virusudur ki, biz onu qovub torpağımızdan çıxarmalıyıq.

Bu gün məşhurlardan kiminsə içindən gəlir, orduya yazılırsa, bunu pis qarşılamaq lazım deyil. Azərbaycan bizim hamımızın vətənidir, istər şou adamı, istərsə də qeyri-şou adamı olsun. Onlara pis baxmaq yox, alqışlamaq lazımdır. Bu bir növ siyasi aksiyadır. Orduya yazılan xanımlar, bəylər bu saat gedib orada vuruşmur ki, sadəcə dövlətin, ordunun arxasında olduqlarını göstərirlər. Bu baxımdan birliyimiz, həmrəyliyimiz çox yaxşıdır. Mən buna normal baxıram, bütün sənət dostlarımın bu addımını alqışlayıram. 

Gununsesi.org