Biz NATO-nun etibarlı tərəfdaşıyıq və bizim hərbçilərimiz Əfqanistanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər”.
Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında dəmir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ ondan ibarətdir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanmasına nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanistana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik. Eyni zamanda biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işləyirik. Çox qürurvericidir ki, dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN, – bu nou-xaunun sahibi bizik, – Əfqanıstanda açılmışdır. Beləliklə, bu, vahid pəncərə sistemi çərçivəsində çox nadir dövlət xidmətləri mərkəzidir. İki yüzdən çox xidmət var, bunlar onlayn və çox səmərəli şəkildə göstərilir. Burada bu mərkəzin bəyənilmə səviyyəsi 100 faizə yaxındır. Bəlkə nümayəndə heyətinizin bəzi üzvləri onların birinə baş çəkə bilər, Bakıda beş mərkəz mövcuddur. Bunu biz əfqan tərəfdaşlarımıza nəyi təklif etdiyimizi görsünlər deyə deyirəm. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq”, – deyə dövlət başçısı qeyd edib.
Gununsesi.org