“Biz Putinlə doğma qardaşıq” - Lukaşenko

  • By admin
  • 02 Dekabr 2021 17:38

“Deyə bilərəm ki, Vladimir Putin məni dostdan da artıq hesab edir, biz doğma qardaşıq”.

Gununsesi.info  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “RİA Novosti”yə verdiyi müsahibəsində deyib.

“Biz dünyanı eyni gözlərlə görürük. Xüsusən də son zamanlar buna əmin oldum. Biz həqiqətən bəzi şeyləri çox dərindən nəzərdən keçiririk və görürəm ki, bunlara bir gözlə baxırıq, bizim çox mehriban münasibətimiz var”, – deyə Lukaşenko əlavə edib.

Gununsesi.info