“Biz qeyri-qanuni seçkiləri müzakirə etmirik”

  • By admin
  • 26 Sentyabr 2017 07:40

00

Rəsmi Bağdad İraq Kürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”, deyə baş nazir bildirib. Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda 3 305 925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri  bu gün axşam saatlarında açıqlanacaq.

Gununsesi.info