“Biz səbir etməməliyik, qurulan oyunları pozmalıyıq” -Naqif Həmzəyev

  • By admin
  • 02 Dekabr 2022 13:44

“Əziz azərbaycanılılar və soydaşlarımız gəlin fransız məhsullarını könüllü şəkildə baykot edək”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.

“Nə məcburdur ki, biz fransız məhsullarını istifadə edək? Rəsmi edə bilmiriksə, könüllü olaraq bunu etməliyik”, – deyə deputat qeyd edib.

Deputat bildirib ki, Fransa senatında və Milli Assambleyasında olan deputatlara etiraz bildirilməlidir: “Son vaxtlar görürük ki, Laçın yolu vasitəsilə sepratçıların olduğu ərazilərə silahlar daşınır. Təəssüflər olsun ki, ötən gün İran hərbi mütəxəssislərinin keçməsi faktı da üzə çıxdı. Bir müddət sonra biz mediadan xəbər alacağıq ki, artıq İran və ya Fransa dronları Azərbaycan səmasındadır. Biz səbir etməməliyik. Biz qurulan oyunları, tələləri pozmalıyıq. Həm Fransaya, həm İrana, həm də Ermənistanı dəstəkləyən havadarlarına tutarlı cavab verməliyik”.

Gununsesi.info