
“Müharibə davam edir və getdikcə daha da pisləşir. Biz Ukrayna tunelinin sonunda işıq görmürük”.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.
O, xatırladıb ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi hərtərəfli sanksiyalar paketi Rusiyanı yalnız zəiflədə bilər, amma onu məhv etməyə qadir deyil.