“Biz xoşbəxt insanlarıq ki, bu şanlı tarixin şahidləri olduq” - Ceyhun Bayramov

  • By admin
  • 07 İyul 2022 10:29

2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Biz xoşbəxt insanlarıq ki, bu şanlı tarixin şahidləri olduq.

Gununsesi.info-nun xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

Post-münaqişə dövrü həm ölkəmiz, həm də bütün region üçün yeni imkanlar açır.

“Azərbaycan münaqişədən sonra sülh gündəliyini gündəmə gətirib, Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif edib. Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Azərbaycan eyni zamanda sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb.

Gununsesi.info