“Biz zəif deyilik”: Makron demokratiyanı müdafiə edəcəyinə söz verdi

“Paris sülh tərəfdarıdır, lakin fransızlar “zəif deyillər” və buna görə də Ukrayna böhranı kəskinləşərsə, “təşkilatlanmağa” hazır olacaqlar.”

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

 

Bildirilir ki, Makron Fransanı dialoq və danışıqlar masasına qayıtmaq istəyən “dinc qüvvə” adlandırıb.

“Ancaq onu da demək istərdim ki, biz zəif deyilik və sonsuz eskalasiya halında biz sadəcə ağlamaq üçün deyil, demokratiya və beynəlxalq hüququ müdafiə etmək üçün təşkilatlanmalıyıq”, deyə – Fransa prezidenti vurğulayıb.

Qeyd edək ki, fevralın ayının sonunda Makron etiraf etmişdi ki, Avropa ölkələri Ukraynaya qoşun yeridə bilər. Onun sözlərinə görə, hazırda Aİ-də bu məsələ ilə bağlı konsensus yoxdur.

“Lakin “heç nəyi istisna etmək olmaz”. ABŞ, Almaniya, İngiltərə və digər ölkələrin səlahiyyətliləri belə planlarının olmadığını bildiriblər. Fransa Ukraynaya qoşun yeritmək üçün ölkələrin ittifaqı yaratmağa başladı. Parisin Ukraynaya yardım məsələsində “heç bir məhdudiyyəti və qırmızı xətləri yoxdur”– deyə Makron əlavə edib.

 

 

Gununsesi.info