“Bizdə hər kəs ancaq özünü düşünür” - Arif Rəhimzadə

  • By Mayil
  • 09 Sentyabr 2016 13:56

arif-rahimzade

Bizdə hər kəs ancaq özünü düşünür, kimsə başqasının yadına belə düşmür.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 9-da keçirilən ilk iclasında sözügedən komitənin sədri Arif Rəhimzadə dilə gətirib.

Komitə sədri deyib ki, Azərbaycanda insanlar arasında ictimai qınaq yox dərəcəsindədir.

Kim nə edir-etsin, ona fikir verən, tənqid edən yoxdur. Hamı sanki susmağa üstünlük verir. Bu, heç də yaxşı hal deyil. Bunu da təəssüf hissi ilə demək istəyirəm ki, bu məsələnin kökündə millətimizin hələ də istənilən səviyyədə inkişaf etməməsi dayanır…”-deyə, A. Rəhimzadə sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

Gununsesi.info