
Yamal, yaxud Yamalya… Bu muxtar vilayət Rusiya Federasiyasın tərkibindədir.
Gununsesi.info xəbər verir ki, bu bölgə dünyanın ən soyuq yeri kimi tanınır. İngilis fotoqraf Timothy Allen Yamalyaya yollanaraq elə görüntülər lentə alıb ki, onları görəndə təəccüblənməmək mümkün deyil.
Yamalyada məskunlaşan Nenet qəbiləsi maral əti ilə qidalanır və hər il özlərinin düzəltdiyi taxta xizəklərlə 1800 km yol qət edirlər. Mənfi 50 dərəcə soyuqda yaşayan insanlar min illərlə davam edən köçərilik prinsipi ilə ömür sürürlər. Qəbilə üzvlərinin hər kəsi heyrətə gətirən xüsusiyyəti ondan ibarətdir ki, onlar çiy ət ilə qidalanırlar. Kəsib yedikləri maralların dərisindən özlərinə isti kürk tikən nenetlər çətin həyat tərzinə artıq öyrəşiblər. Onların sayı 40 mini ötüb. Özünün xüsusi dili olan qəbilə modern həyat tərzini inkar edir, təbii şəkildə ömür sürməyi önə çəkir.
Gununsesi.info çiy ətlə qidalanan Nenet qəbiləsinin fotolarını təqdim edir:
Gununsesi.info