
“Bizi “Ədalət!” yürüşünə çıxdığımız üçün təhdid edir, terrorçu adlandırırlar. Kimsənin buna haqqı yoxdur. Haqq aramaq, ədalət yürüşünə çıxmaq nə vaxtdan terrorçuluq sayılıb?!”
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ankaradan İstanbula doğru günlərdir “Ədalət!” yürüşünü davam etdirən CXP lideri Kamal Kılıcdaroğlu bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə çıxışlarından birində CXP-nin aksiyasını terrorçuluqla eyniləşdirmiş, “Getdiyiniz yol Kandilin yoludur, Pensilvanyanın yoludur”-deyə, bildirmişdi.
Kılıcdaroğlu isə Ərdoğanın fikirlərinin bir daha əsassız olduğunu və təhdid xarakteri daşıdığını bildirərək, yürüşə sonadək davam edəcəklərini, ölkəyə ədalət gəlincəyə qədər mübarizələrindən geri çəkilməyəcəklərini bildirib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info