
“Keçən il “Günəşli” yanğınından sonra bir xeyli müddət faciəni diqqətdə saxlayıb SOCAR rəhbərliyinə həyəcan yaşada bilmişdik. Builki faciəyə isə laqeydik. Sanki 10 neftçimiz korrupsiyanın və özbaşınalığın qurbanı olaraq Xəzərdə batmayıb”.
Gununsesi.info-nun məlumatına görə, bunu sabiq millət vəkili Gültəkin Hacıbəyli öz “Facebook” statusunda yazıb.
“Alışırıq deyəsən, qurudakı facələrə alışdığımız kimi, Xəzərdəki faciələrə də alışırıq. İndi bizi 10 neftçimizin qətlindən çox Rusiya səfirinin qətli maraqlandırır…Amma belə olmamalıdır”-deyə, o, daha sonra yazıb.
Gununsesi.info