“Bizi Azərbaycanla üz-üzə qoymaq lazım deyil” - Lukaşenkodan Paşinyana SƏRT CAVAB

  • By admin
  • 28 Oktyabr 2022 21:51

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sessiyasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyana sərt cavab verib.

Gununsesi.info xəbər verir ki, Lukaşenko iclas zamanı Paşinyanın ünvanladığı iki sualı cavablandırıb.

Belarus lideri Paşinyana cavabında deyib ki, KTMT-nin ayrı-ayrı ölkələrini Azərbaycanla üz-üzə qoymaq lazım deyil, problemi həll etmək vacibdir.

“Siz bizim qarşımıza iki sual qoyursunuz: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi bildirək. Bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik.

İkinci məsələ, “mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi təqdim edin” deyirsiniz. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsəniz, daha pis olacaq, bunu özünüz başa düşürsünüz. Biz bu münaqişəni istəmirik”, – deyə Lukaşenko Paşinyanı yerinə oturdub.

Gununsesi.info