VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

21 Sentyabr 2017

16 İyul 2017 - 20:00

“Bizi dinləsəydilər…”- BAŞBUĞ "FETÖ"-NÜN 15 İYULDAN SONRA ABŞ-DA DAHA DA GÜCLƏNDİYİNİ DEDİ

ilker-basbug

“Bunu birdəfəlik bilməliyik və altını cızmalıyıq ki, 15 iyul bir hərbi-əsgəri çevriliş cəhdi deyil, bu, FETÖ-nün silahlı çevriliş cəhdidir”.

Gununsesi.info xəbər verir ki, bunu FOX-a geniş açıqlamasında Türkiyənin sabiq genəlkurmay başqanı İlkər Başbuğdeyib.

O, təəssüflə bildirib ki, ancaq bunun Türkiyə ictimaiyyətinin özünə, o cümlədən, dünyaya,  ABŞ-a, Qərb ölkələrinə olduğu kimi, yəni,  FETÖ-nün silahlı çevriliş cəhdi kimi anladılması hələlik tam mümkün olmayıb.

“Hesab edirəm ki, əksinə,  bu gün, yəni, 15 iyul hadisələrindən sonra “FETÖ” ABŞ-da  daha da güclənib, daha da güclü orqanizə olunub. Ancaq Türkiyə dövləti, Türkiyə cəmiyyəti 15 iyul hadisələrinin  dünyaya olduğu kimi, anladılmasına tam nail ol bilməyib. Bunu da təssüf hissi ilə vurğulamaq istəyirəm…”-deyə, Başbuğ sözlərinə əlavə edib.

Başbuğ həmçinin deyib ki, 15 iyulun bir oyun, bir ssenari kimi qiymətləndirilməsini də düzgün saymır:

“Mən “Darbe Komisyonu”nu bilgiləndirməmdə də bildirmişdim ki, 15 iyulu bir oyun, bir sssenari kimi qiymətləndirmirəm və bu yöndə iddiaları da düzgün hesab etmirəm. Bu gün də həmin fikrimdə qalıram və altını da cızıram…”.

Başbuğ onu da deyib ki, əgər Türkiyə iqtidarı 2007-2012-ci illər arasında onları -Türkiyə Silahlı Qüvvələrini (TSQ) dinləsəydi, 15 iyul yaşanmazdı:

“Kaş ki, bizi dinləsəydilər…”

Kamil HƏMZƏOĞLU

Gununsesi.info




loading...
Loading...