Aparıcı Xoşqədəm Hidayət qızının verilişinə çıxan 13 yaşlı uşaq, Xətai rayonunda yerləşən 3 saylı uşaq evi ilə bağlı dəhşətli ittihamlar irəli sürüb.
Gununsesi.info xəbər verir ki, o, 8 gündür uşaq evindən qaçaraq küçələrdə qaldığını deyir. Buna səbəb isə uşaq evində işgəncə görməsidir. Beləki, onları “veşilka” ilə döydüklərini, müəllimlərin göstərişi ilə başqa bir Elvin adlı uşaq tərəfindən işgəncələrə məruz qalmasını əsas gətirir. Əlavə olaraq “İlahə” adlı müəllimin isə üç nəfər uşağı ikinci mərtəbədən atdığı da qeyd edilib. O cümlədən, yeməklərin bərbad olması, verilən ətlərin içindən qurd çıxması və daha çox “makaron” verilməsi də uşaq tərəfindən qeyd edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma başladılıb.
Qeyd edək ki, 3 saylı uşaq evinin keçmiş direktorunun da eyni şikayətlər əsasında işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Sözügedən baxçanın hazırkı direktoru Gülnarə Şamiyevadır.
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Orxan
Gununsesi.info