Bizim İsrailin təhlükəsizliyinə İran tərəfindən təhdidlərə qarşı öhdəliyimiz dəmir kimi möhkəmdir - Bayden

  • By ilhame
  • 14 Aprel 2024 12:35

Mən indicə İranın İsrailə hücumu ilə bağlı son durumu müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirdim. Bizim İsrailin təhlükəsizliyinə İran və proksiləri tərəfindən təhdidlərə qarşı öhdəliyimiz dəmir kimi möhkəmdir.”⁣

Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.

O, İranın 100-dən çox silahlı dronla İsraili hədəf almasından sonra Delaverdən Ağ Evə qayıdıb.

Bayden, həmçinin əlavə edib:

Bu hücuma ortaq diplomatik cavabı koordinasiya etmək üçün G-7 liderlərini bu gün toplayacağam”.

Bayden, həmçinin ölkəsinin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulamaq üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdüyünü bildirib.

Gununsesi.info