“Bizim market”də xanım teleaparıcıya hücum: - "Çək, hara verirsən, ver" (VİDEO)

  • By admin
  • 04 İyul 2018 14:41

Teleaparıcı Firuzə Cəlilova və Günəşli qəsəbəsi ərazisində yerləşən “Bizim market”in işçiləri arasında dava baş verib.

“Əlimin duzu” adlı proqramın çəkilişləri üçün marketə girən aparıcı və komandasına çəkiliş üçün icazə verməyiblər.

Nəticədə hər iki tərəf arasında gərginlik yaşanıb.

Aparıcı saytımıza açıqlamasında indiyədək belə bir halla qarşılaşmadıqlarını bildirib:

“Çəkilişi bitirib gedən zaman marketin səlahiyyətli işçiləri operatorumuzun kamerasını əlindən almağa çalışdılar.

Bunları lentə alanda əlimə vuraraq, telefonumu götürmək istədilər. Görəsən, niyə, qorxduqları nədir? Dəfələrlə başqa marketlərdə çəkiliş etmişik, heç bir problem yaşamamışıq.

“Bizim market”, demək ki, nədənsə qorxur. Maşınım qarşısını kəsməyə çalışdılar”.

Sözügedən görüntüləri təqdim edirik:

 

Gununsesi.info