“Bizim üçün Azərbaycanla münasibətlərimiz çox mühümdür…” - Səfir

  • By Mayil
  • 21 Oktyabr 2016 21:39

sefir-macar

Bu gün Bakıda Macarıstan inqilabının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri İmre Lasloski inqilabın tarixi barədə iştirakçılara məlumat verib. Səfir bildirib ki, Macarıstan azadlıq uğrunda mübarizə aparan insanların vətənidir: “1956-cı il inqilabının 60 illik ildönümü bütün dünyada qeyd olunur. Biz min ildən çox tarixi olan zəngin mədəniyyətimizlə də fəxr edirik”.

Səfir Azərbaycan-Macarıstan münasibətlərinə də toxunaraq, iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib: “Azərbaycan bu gün nəinki müstəqillik simvoluna çevrilib, eyni zamanda təhlükəsizliyin qarantı, beynəlxalq aləmdə vasitəçi kimi də mühüm yer tutur. Bizim üçün Azərbaycanla münasibətlərimiz çox mühümdür və bu münasibətlər 2004-cü ildən strateji səviyyəyə qalxıb. Cənab prezident İlham Əliyevin tezliklə Macarıstana səfərinə ümid edirik”.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev isə çıxışında bu ilin 9 ayı ərzində Azərbaycan-Macarıstan arasında ticarətin dövriyyəsi 51 faiz artıb ki, bu da əlaqələrin inkişafından xəbər verir: “Əminik ki, iki ölkə arasında əlaqələr bundan sonra da uğurla davam edəcək və bu bayram münasibəti ilə mən Azərbaycan hökuməti adından macarları təbrik edirəm”.

Sonra inqilab haqqında filmin nümayişi olub.

Gununsesi.info