Biznesmen “Porsche” ilə adam öldürən oğlunun müdafiəsinə qalxdı - "14 YAŞLI UŞAĞI HƏBS EDƏRLƏR?"

  • By admin
  • 04 May 2017 15:10

1493885448-3556

Dünən “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürən Ağəli Fərəcovun atası, iş adamı Füzuli Fərəcov açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, o, unikal.org-a bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə, iş adamı bunu təkzib edib: “14 yaşlı uşağı həbs edərlər?”.

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz” sualına isə iş adamı cavab verməyib və telefonu söndürüb.

Gununsesi.info