“Black Mirror” serialındakı həyata keçid edirik - Nura Suri

  • By admin
  • 06 İyun 2022 11:45

“Nağd pul aktuallığını itirir. Amerikada bir çox yerlərdə nağd pulla ödəniş mümkün deyil.  Əgər bir insan 1 ay ərzində çox alış-veriş edirsə və bu məbləğ onun gəliri ilə üst-üstə düşmürsə, bu məsələ ciddi şəkildə araşdırılır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

Bu yaxınlarda Amerikanın bir neçə şəhərinə səyahət edən ulduz bildirib ki, pandemiya həm də ciddi dəyişikliklərə səbəb olub: ” “Black Mirror” serialındakı həyata keçid edirik. Pandemiya hamının tam nəzarətə keçməsinə böyük təkan idi”, – N.Suri qeyd edib.

Gununsesi.info