“BlackBerry”yə 815 milyon dollar təzminat ödəyəcək

  • By admin
  • 15 Aprel 2017 08:56

black berry

“Qualcomm” şirkəti məhkəmənin qərarı ilə “BlackBerry”yə 815 milyon dollar təzminat ödəyəcək.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Kanada şirkətinin səhmləri 15 faiz bahalaşıb.

2010-2015-ci illər ərzində “BlackBerry” mütəmadi olaraq patentlərin lisenziyalaşdırılması üçün “Qualcomm” şirkətinə ödəniş edib. Bununla bağlı ABŞ-ın Federal Ticarət Komissiyası Kanada şirkətinə qarşı iddia qaldırıb. Komissiya hesab edib ki, “BlackBerry”nin ödənişləri həddindən artıq çoxdur.

Məhkəmənin qərarı ilə “Qualcomm” bu şirkətə 815 milyon dollar ödəyəcək. Mayın 30-dan sonra isə mütəxəssislər vəkillərə ödənilən qonorar və faizlərin də həcmini müəyyən edəcəklər. Bunun ABŞ şirkətinin dəyərinə necə təsir edəcəyi məlum deyil. Ancaq bununla belə, kanadalılar artıq öz kapitalını genişləndirə bilib.

Gununsesi.info