
ABŞ hər zaman İsraili dəstəkləyəcək və müdafiə edəcək.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.
“İsrailə verdiyim mesaj budur: Özünüzü təkbaşına müdafiə edəcək qədər güclü ola bilərsiniz, amma nə qədər ki, Amerika var, tək olmayacaqsınız. Biz həmişə sizin yanınızda olacağıq”, – deyə Blinken qeyd edib. Amerika xarici siyasət idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar ölkədə “İsrail cəmiyyətinin birliyini və qətiyyətini” nümayiş etdirən fövqəladə hökumətin yaradılmasını alqışlayır.
Bundan əvvəl yəhudi dövlətinin Nazirlər Kabinetinin rəhbəri Blinkeni Təl-Əvivdə qəbul edib. Geniş tərkibdə keçirilən görüşdə İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer, Amerika tərəfdən ABŞ-ın İsraildəki səfiri, Blinkenin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və digər rəsmi şəxslər də iştirak edib.
Səid Əhmədli
Gununsesi.info