Blinken BMT TŞ-da Ukrayna ilə bağlı təklif verəcək

  • By admin
  • 17 Fevral 2022 18:03

ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna ətrafında yaranmış məsələnin de-eskalasiyası üçün təkliflər irəli sürəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas deyib.

Təhlükəsizlik Şurası fevralın 17-də toplaşacaq. Əsas müzakirə mövzusu Minsk razılaşmalarının icrası və Ukrayna sərhədlərindəki gərginlik olacaq.

 

Gununsesi.info