Blinken Ceyhun Bayramov və Mirzoyanla telefon danışığı aparacaq

  • By admin
  • 05 Yanvar 2023 10:43

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı aparacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlayıb.

Onun sözlərinə görə, telefon danışığı yaxın günlərdə baş tutacaq.

Gununsesi.info