““Soyuq müharibə”dən sonrakı dövrə damğasını vuran era başa çatıb. Rusiya qonşu dövləti işğal edib, Çin meydan oxuyur”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
O, Berlin divarının yıxılması və SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlərdə istiləşmə dövrünün bitdiyinə işarə edib. “İddialı Çin amerikalıların və dünya xalqlarının təhlükəsizliyinin əsasını təşkil edən qaydalara əsaslanan dünya nizamına meydan oxuyur. Rusiya Ukraynaya hərbi müdaxilə edib. Eyni zamanda, Rusiya hakimiyyəti ölkə daxilində totalitar repressiyalara qayıdıb” – Blinken bildirib.
Gununsesi.info