Blinken Fidanla HƏMAS-İsrail münaqişəsini müzakirə edib

  • By ilhame
  • 06 Noyabr 2023 19:51

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə HƏMAS-İsrail münaqişəsini müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” hesabında yazıb.

“Türkiyənin xarici işlər naziri Fidan ilə HƏMAS-İsrail münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyəti müzakirə edildi”, – paylaşımda qeyd olunub.

Gununsesi.info