Blinken: HƏMAS-ı tamamilə sıradan çıxarmaq mümkün deyil

  • By admin
  • 11 Yanvar 2024 09:35

ABŞ-ın dövlət katibi Antoni Blinkenin İsrail rəsmilərinə “HƏMAS-ı tamamilə aradan qaldırmağın mümkün olmadığını” deyib.

Gununsesi.info-nun məlumatına görə, İsrailin Kanal 13 Televiziyasının xəbərində bildirilib ki, ABŞ-ın dövlət katibi İsrailin hərbi kabineti üzvləri ilə görüşündə ABŞ-ın iki dövlətli həll yolunun həyata keçirilməsi tələbini “Qəzzada müharibənin ertəsi (sonu)” vizyonu kimi çatdırıb.

Blinken nazirlərə “Sizin arzularınız olduğu kimi, fələstinlilərin də arzuları var. Siz bunu qəbul etməlisiniz” deyib. Buna cavab olaraq İsrailin strateji işlər naziri Ron Dermer İordan çayının qərb sahilindəki fələstinlilərin 85 faizinin HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumu dəstəklədiyini bildirib.

Xəbərə görə, yüksək səviyyəli İsrail rəsmiləri Blinkenin, “İki dövlətli həll bir vizyon olaraq təqdim edilməsə, İsrail siyasi cəhətdən irəliləməyəcək. Hətta Səudiyyə Ərəbistanı ilə (normallaşma məsələsində)” dediyini bildirib.

Blinken İsrailin nazirlərinə də “Həması tamamilə yox etmək mümkün deyil” deyib. Onun dediyi bildirilib. Xəbərlə bağlı İsrail və ABŞ-dan heç bir açıqlama verilməyib.

Yaxın Şərq turu çərçivəsində Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail və işğal altındakı İordan çayının qərb sahili və Bəhreynə gedən Blinkenin Misirə də səfər etməsi gözlənilir.

Gununsesi.info