Xəbər verdiyimiz kimi, dünən Ankarada Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdən əvvəl maraqlı an yaşanıb. Hakan Fidanın amerikalı həmkarını qarşılaması zamanı Blinken onu qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri bu jestə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib.
Gununsesi.info-nun məlumatına görə, “CNN Türk” Hakan Fidanın Blinkenə reaksiyasının səbəbini açıqlayıb.
“Blinken avtomobildən enmədiyi üçün Hakan Fidan binaya geri qayıdıb. Diplomatik nəzakətsizlik nümayiş etdirən Blinkeni binanın içərisində qarşılayan Fidan onun görüşmək jestini qəbul etməyib”, – deyə məlumatda qeyd olunub.
Gununsesi.info