Blinken İlham Əliyev və Paşinyanla danışıqlar apardı

  • By admin
  • 20 Sentyabr 2023 08:30

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Gununsesi.info bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu danışıqlarla bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, Əliyevlə söhbətində Blinken Bakını “hərbi hərəkətləri” dərhal dayandırmağa və təmkinli olmağa çağırıb.

Hərbi yolla həllin mümkünsüzlüyünə işarə edən dövlət katibi Bakıya Qarabağdakı ermənilərlə problemləri dialoq yolu ilə həll etməyi təklif edib.

İlham Əliyev Blinkenə bildirib ki, erməni hərbçiləri silahı yerə qoysa, Bakı antiterror tədbirlərini dayandıracaq. Blinken bildirib ki, tərəflər danışıqlar masasına oturmalıdır.

Blinken Paşinyanla telefon danışığında deyib: “Biz Dağlıq Qarabağda baş verənləri narahatlıqla izləyirik”.

Azərbaycanla dialoqa çağırdığını deyən Blinken əlavə edib: “ABŞ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson sosial mediadakı X səhifəsində yazıb:

“Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarından dərin narahatdır. Biz Azərbaycanı humanitar vəziyyəti pisləşdirən “hərbi hərəkətləri” dərhal dayandırmağa və Dağlıq Qarabağ xalqının nümayəndələri ilə dialoqa başlamağa çağırırıq”.

Səid Əhmədli
Gununsesi.info