ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 12-də İsrailə səfər edəcək.
Gununsesi.info xəbər verir ki, amerikalı diplomat İsrailə səfərini sosial şəbəkələrdə açıqlayıb.
“Sabah İsrailə gedəcəyəm ki, İsrail tərəfdaşlarımızla yerlərdə vəziyyətlə bağlı birbaşa əlaqə saxlayım, həmçinin onların terror hücumlarına qarşı mübarizəsini necə dəstəkləyə biləcəyimizi müzakirə edək. Bizim İsrailə dəstəyimiz sarsılmaz olaraq qalır”, – Blinken sosial media səhifəsində yazıb.
Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Blinkenin səfəri “həmrəylik və dəstək” mesajı olacaq.
Millerin sözlərinə görə, səfər zamanı ABŞ dövlət katibi İsrailə “davam etmək üçün ən yaxşı şəkildə necə dəstək verməyi” müzakirə edəcək.
Səid Əhmədli
Gununsesi.info