Blinken İsveç üçün Türkiyəyə çağırış etdi

  • By arzu
  • 23 İyun 2023 12:44

Amerikanın Xarici İşlər Naziri Antoni Blinken Londonda “Ukraynanın Yenidən İnşası” toplantısında Türkiyənin XİN başçısı Hakan Fidanla görüşərkən ikitərəfli münasibətləri və İsveçin NATO-ya üzvlüyündən danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, görüşün ardından Fidan “Bildiyiniz kimi, hər mövzuda eyni fikirdə olmaya bilərik, ancaq NATO və digər platformalardakı uzunmüddətli müttəfikliyimiz bizi birlikdə davam etməyə məcbur edir”, deyib.

Blinken isə yaxınlaşan NATO toplantısına İsveçin qatılma prosesi, müdafiə sahəsində işbirliyi, enerji və iqtisadi əməkdaşlıq mövzularında iki ölkənin çoxlu sayda mövzuları ələ almalı olduğunu söyləyib.

Tərcümə: Arzu

Gununsesi.info