Blinken Misir prezidenti ilə Qəzzakı girovların azad edilməsini müzakirə edib

  • By ilhame
  • 11 Yanvar 2024 20:58

ABŞ dövlət katibi Antoni Blinken Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə HƏMAS-ın əlində olan girovların azad edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üsulları barədə müzakirə aparıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.

 

“Blinken və Prezident əs-Sisi qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər”, – M.Miller deyib.

 

Blinken, həmçinin Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının və münaqişənin bütün regiona yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

 

Gununsesi.info