Blinken:” Putin Ukraynanın müstəqilliyini məhv etmək yerinə daha da möhkəmləndirib“

  • By admin
  • 27 May 2022 15:04

Cümə axşamı Amerikalı yüksək vəzifəli diplomat Bayden administrasiyasının qlobal nizam-intizama uzunmüddətli təhdidlərlə mübarizə aparmaq üçün Rusiyanın Ukraynaya işğalına qarşı çıxan beynəlxalq bloku daha geniş koalisiyaya çevirməyə çalışdığına işarə edib, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

Dövlət katibi Entoni Blinken administrasiyanın Kiyevlə bağlı siyasətinə həsr olunmuş nitqində deyib ki, ABŞ Rusiyanın və Vladimir Putinin Ukraynaya qarşı müharibəsini beynəlxalq sabitliyə bilavasitə təhdid hesab etsə də, Vaşinqton hələ də Çinin daha böyük təhlükə təşkil etdiyini düşünür.

Blinken həmçinin deyib ki, Rusiyanın Ukraynaya hücumu Putinin strateji məqsədlərinə “əks təsir göstərib”.

“O, Ukraynanın müstəqilliyini məhv etmək yerinə daha da möhkəmləndirib… NATO-nu parçalamaq yerinə daha da birləşdirib. Rusiyanın gücünü təsdiq etmək yerinə onu daha da sarsıdıb. Beynəlxalq nizam-intizamı zəiflətmək yerinə ölkələri onun müdafiəsi üçün daha da birləşdirib”, deyə Blinken bildirib.

Öz növbəsində, Pentaqon Rusiya qoşunlarının sayca böyük üstünlüyə malik olmasına baxmayaraq, Donbasda “cüzi irəliləyiş” əldə edə bildiklərini qeyd edir, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru bildirib.

Rusiya Ukraynada 110 əməliyyat-batalyon taktiki qrupu yerləşdirib, onların əksəriyyəti cənubda, qalanları isə Donbass bölgəsindədir. Cənubda Rusların bəzi uğurları Ukraynanın digər istiqamətlərdə, xüsusən də Xarkov ətrafında uğurları ilə kompensasiya olunur.

Ruslar Ukraynanın şərq bölgələrini qoparmağa çalışırlar, burada ağır döyüşlər gedir, bu, uzaq məsafəli atəşin əhəmiyyətini artırır. ABŞ və müttəfiqləri 108 M-777 haubitsasından 85-ni Ukraynaya təqdim edib. Qərb müttəfiqləri həmçinin 9 ədəd Mi-17 helikopteri və Switchblade pilotsuz uçuş aparatlarının 73%-ni təqdim edib. Gündən-günə daha çox texnika gəlir və bu, zirehli maşınlardan və ərzaqdan dərmanlara, artilleriya əleyhinə radarlara qədər hər şeyə aiddir.

 

Gununsesi.info