Blinken Qəzzada çoxlu sayda mülki insan itkisinin olduğunu etiraf etdi

  • By admin
  • 08 Fevral 2024 14:28

ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə ikitərəfli görüş zamanı İsrail ordusunun hücumları nəticəsində Qəzza zolağında dinc əhalinin həddən artıq çox itkisi olduğuna diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.

Məlumata görə, Amerika diplomatiyasının rəhbəri “Qəzza zolağında öldürülən minlərlə uşağı unutmayacağını” deyib.

Blinken “7 oktyabr hücumundan sarsıldığını”, lakin “eyni zamanda Qəzzada HƏMAS-la heç bir əlaqəsi olmayan minlərlə ailənin olduğunu” deyib.

ABŞ dövlət katibi həmçinin hesab edir ki, “Həmas mülki əhalinin tələfatına görə məsuliyyət daşıyır”.

Danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında o bildirib ki, İsrail rəsmiləri ilə görüşlər zamanı Qəzza zolağında mülki əhalinin əzablarının yüngülləşdirilməsi, eksklavda mülki əhalinin müdafiəsinin təmin edilməsi və regiona humanitar yardımların maksimum dərəcədə artırılması məsələləri müzakirə olunub.

“2 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yüz minlərlə insan kəskin aclıq yaşayır. Çoxları yaxınlarını itirib və hər gün daha çox insan ölür”, – Blinken bildirib.

Gununsesi.info