Blinken Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır.

 

 

Gununsesi.info