Blinken Səudiyyə Ərəbistanına gedir

ABŞ Dövlət katibi Entoni Blinken 6-8 iyun tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək.

Gununsesi.info xəbər verir ki, səfər çərçivəsində Blinkenin regional və qlobal məsələlərdə ikitərəfli strateji, o cümlədən iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla, bir sıra məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanı rəsmiləriylə görüşəcəyi gözlənilir.