ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri təhvil verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə günü, sentyabrın 11-də Kiyevdə mətbuat konfransı zamanı ABŞ dövlət katibi Entoni Blinken bildirib.
O, vurğulayıb ki, ABŞ müharibənin əvvəlində Ukrayna qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirmək niyyətindədir, ona görə də yaxın vaxtlarda yeni hava hücumundan müdafiə sistemləri köçürüləcək.
“NATO-nun iyulda keçirilən sammitində prezident Co Bayden beş strateji hava hücumundan müdafiə sistemi və bir sıra taktiki hava hücumundan müdafiə sistemlərinin təmin ediləcəyini əmin etdi. Biz artıq bu sistemlərdən bəzilərini köçürdük. Biz öhdəliklərimizə tam əməl edirik və yaxın həftələrdə Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərini çatdırmağa davam edəcəyik”, – deyə Blinken bildirib.
Gununsesi.info