ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Gununsesi.info-nun ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, tərəflər yanvarın 10-da Cenevrədə keçirilən Strateji Sabitlik Dialoqu, yanvarın 12-də Brüsseldə keçirilən NATO-Rusiya Şurası və yanvarın 13-də Vyanda ATƏT-in Daimi Şurasının iclasları müzakirə ediblər.
ABŞ dövlət katibi Rusiya ordusunun Ukrayna sərhədləri yaxınlığında olması fonunda gərginliyi azaltmaq üçün diplomatik yolun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Entoni Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı sarsılmaz öhdəliyini təkrar edib və vurğulayıb ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirədə NATO müttəfiqləri və Avropadan tərəfdaşlar, həmçinin Ukrayna iştirak etməlidir.
Gununsesi.info