Blinken və Sisi Qəzzadakı vəziyyəti müzakirə ediblər

  • By admin
  • 12 Yanvar 2024 09:02

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərinin son dayanacağı Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə “müharibədən sonrakı Qəzza” perspektivini müzakirə edib.

Gununsesi.info xəbər verir ki, “New York Times”ın məlumatına görə, Blinken Misirin paytaxtında prezident sarayında Sisi ilə görüşüb. O, İsrail səfərindən sonra Qahirəyə gəlib. Tərəflər “İsrailin Qəzzaya hücumlarından təsirlənən Fələstin mülki əhalisini və müharibədən sonrakı Qəzzada vəziyyəti” müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin nümayəndələri “münaqişənin genişlənməsinin və onun digər regionlara yayılmasının qarşısının alınması” məsələsini də nəzərdən keçirdiklərini bildiriblər.

Blinken Yaxın Şərq turnesi çərçivəsində Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsrailə səfər edib.

Gununsesi.info