Blinken və Yermak Vaşinqtonda görüşüblər

Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinken və Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Dövlət Departamenti qeyd edib ki, Blinken və Ermak görüşdə cəbhədəki vəziyyət və qışa hazırlıq, xüsusilə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukraynanın mühüm infrastrukturunun hava hücumlarından qorunmasının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Gununsesi.info