Blinken yenidən Yaxın Şərqə gedir

ABŞ dövlət katibi Antoni Blinken Misirə gedəcək və orada Qəzzada atəşkəs və girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Misir rəsmiləri ilə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə sentyabrın 16-da ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, orada Blinkenin bütün girovların azad edilməsinin təmin etmək, və daha geniş regional təhlükəsizliyin yaradılmasına kömək edəcək razılaşma əldə etmək səylərini müzakirə edəcək.

Bəyanatda yalnız Misirdə bir dayanacaq qeyd olunur və görünür, Blinken bu səfərdə İsrailə getməyəcək.

ABŞ İsrail və HƏMAS arasında razılığa gəlmək səylərinin son mərhələyə yaxınlaşdığını bildirib.

Ən böyük maneələr İsrailin Qəzza ilə Misir arasında bufer zona yaratmaq üçün öz qüvvələrini saxlamaq tələbi, eləcə də İsrailin fələstinli məhbuslarla girov mübadiləsinin təfərrüatlarıdır.

 

 

 

Gununsesi.info