Blinkendən atəşkəs açıqlaması: “Həmas məhbusları sərbəst buraxarsa…”

  • By admin
  • 14 Mart 2024 11:40

ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında Qəzzada baş verən son hadisələri və ABŞ rəhbərliyinin bu mövzuda apardığı siyasətləri dəyərləndirib.

Gununsesi.info xəbər verir ki, Blinken İsrailin “Həmas-dan müdafiəsi” və “7 oktyabr hücumunun yenidən baş verməsinin qarşısını almaq üçün” Təl-Əvivə lazım olan dərəcədə silah və hərbi yardım göstərməyə davam edəcəklərini bildirib.

Blinken İsrailin isə Qəzzada mülki insanları hədəf almamaq kimi bir məsuliyyət daşıdığını və bunu İsrail tərəfi ilə hər görüşdə gündəmə gətirdiklərini vurğulayıb.

Qəzzada aclıq problemindən İsrailin məsul olub-olmaması, yoxsa kim kimi ciddi şəkildə hiss olunur sualını cavablandıran Blinken Qəzzaya müəyyən miqdarda ərzaq çatdırıldığını, lakin bunun kifayət etmədiyini və yardımların artırılması lazım olduğunu bildirib.

İsrailin müəyyən miqdarda qidanın Qəzzaya girməsinə icazə verdiyini və hətta bu mövzuda əməkdaşlıq etdiyini irəli sürən Blinken ABŞ olaraq əlavə quracaqları müvəqqəti liman vasitəsilə Qəzzaya əhəmiyyətli miqdarda humanitar yardım çatdıracaqlarını bildirib.

ABŞ prezidenti Co Baydenin “qırmızı xətt” olaraq xarakterizə etdiyi Rəfaha mümkün hücumla bağlı sualları cavablandıran Blinken, İsrailin mülki əhalinin həyatını qoruyacaq mümkün bir plan olmadan bu bölgədə hərbi “əməliyyatına” qarşı olduqlarını bir daha vurğulayıb.

Blinken masada atəşkəs planının gözlədiyini, Misir və Qətərlə danışıqların davam etdiyini, lakin HƏMAS-ın bu planı qəbul edib-etməyəcəyini bilmədiklərini qeyd edib.

“Həmas məhbusları sərbəst buraxarsa” atəşkəs planının qüvvəyə minə biləcəyini və 6 həftəyə qədər münaqişəsiz bir mühitin təmin oluna biləcəyini ifadə edən Blinken, İsrailin bu mövzuda münasibəti ilə bağlı açıqlama verməyib.

Gununsesi.info