Amerikanın Xarici İşlər Naziri (Dövlət Departamentinin başçısı) Antoni Blinken Türkiyə ilə bağlı açıqlamalar səsləndirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ankaranın diplomatiya zəfərinə toxunan Blinken Türkiyənin “F-16” döyüş təyyarələrini alınmasının NATO-nn və Amerikanın marağına uyğun olduğunu bildirib.
Bunu Litvanın paytaxtı Vilnusda “MSNBC” televiziyasına müsahibə verən Blinken modernləşdirilmiş “F-16” döyüş təyyarələrinin satışının Amerika Konqresi tərəfindən təsdiqlənməsi ilə bağlı suala cavabında söyləyib.
“İstəyimiz NATO-nu mümkün olduğu qədər gücləndirmək və bütün üzvlərin ehtiyac duyduqları texnologiyaya sahib olduqlarından əmin olmaqdır. Türkiyənin NATO ilə birlikdə çalışa bilməsi, bu texnologoyaya sahib olması önəmlidir”.
Tərcümə: Arzu