Amerikanın Dövlət Katibi Antoni Blinken fərqli görüntüləri ilə gündəmə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Antoni Blinken özünün sosial media hesabından paylaşdığı videoda mahnı oxuyub və gitara çalıb.
Salonda izləyicilərin uğultusu və alqışları ilə ifasına davam edən Blinken paylaşdığı videoda musiqi və diplomatiyanı “birləşdirmə fürsətindən” yazıb.
“Bu gecənin musiqi və diplomatiyanı birləşdirmə fürsətini qaçıra bilməzdim. Yeni Qlobal Musiqi Diplomatiyası Cəhdini başlatmaq böyük bir zövq idi”.
Blinken “Hoochie Coochie Man” mahnısını ifa edib.
Blinke barışıq və diplomatiyanı təşviq etmək məqsədi ilə musiqi və diplomatiyanı bir vasitə olaraq inkişaf etdirmək üçün dünya çapında bir cəhd başlatmaq üçün Amerikadan olan “blues” əfsanəsi Muddy Watersə edibar edib.
Blinkenin bu görüntüləri “X” hesabından 1 milyondan çox izlənmə alıb.
I couldn’t pass up tonight’s opportunity to combine music and diplomacy. Was a pleasure to launch @StateDept’s new Global Music Diplomacy Initiative. pic.twitter.com/6MUfTXO9xK
— Secretary Antony Blinken (@SecBlinken) September 28, 2023
Tərcümə: Arzu