
Xəbər verdiyimiz kimi, bu gün Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş keçirilib.
Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən məlumatına görə, danışıqlardan əvvəl Hakan Fidanın Entoni Blinkeni qarşılaması zamanı maraqlı an yaşanıb.
Belə ki, Blinken Hakan Fidanı qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri onun bu jestinə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib.