ABŞ dövlət katibi Antoni Blinkenin Qəzzada baş verən hadisələrlə bağlı danışmaq üçün Türkiyə və Yunanıstan da daxil olmaqla Yaxın Şərq turnesinə gedəcəyi bildirilib.
Gununsesi.info-nun məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında həmkarları ilə bir sıra kritik məsələləri müzakirə etmək üçün həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyini bildirib.
Miller Blinkenin “İsrailin 7 oktyabrdan sonra HƏMAS-a qarşı davam edən hərbi əməliyyatı, Qəzzəyə humanitar yardımların artırılması üçün təcili tədbirlər və qalan girovların azad edilməsi” kimi mövzularda Blinkenin digər ölkələrin xarici işlər nazirləri ilə fikir mübadiləsi aparacağını deyib.
Metyu Miler bəyan edib ki, dövlət katibi Blinken Türkiyəyə səfəri zamanı “uzun illik regional əməkdaşlığı”, o cümlədən İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin yekun addımlarını müzakirə edəcək.
Dövlət Departamentinin sözçüsü Miller Blinkenin Türkiyədən sonra səfər edəcəyi Yunanıstanda Ukraynaya dəstək və regional dəniz təhlükəsizliyinin qorunmasına diqqət yetirəcəyini bildirib.
“Biz bu səfərdə hər söhbətin asan olacağını gözləmirik. Açığını deyim ki, regionun üzləşdiyi çətin məsələlər və bizi çətin seçimlər gözləyir”, – Miller deyib.
Antoni Blinkenin bu çətinlikləri birbaşa aradan qaldırmaq üçün diplomatik səylərə rəhbərlik etmənin ABŞ-ın məsuliyyəti olduğuna inandığını bildirən Miller, Blinkenin “yaxın günlərdə bunu etməyə hazır olduğunu” qeyd edib.
Blinkenin gələn həftə tamamlayacağı təmaslarla bu, oktyabrın 7-dən bu yana bölgəyə 4-cü səfəri olacaq.
Gununsesi.info