Blinkenlə İlham Əliyevin telefon danışığı oldu

ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb. Bildirilir ki, Blinken Azərbaycan və Ermənistan tərəfindən davamlı sülh sazişlərinə nail olmaq üçün atılan müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini deyib.

HTML tutorial

Blinken, həmçinin, oktyabrın 4-də 17 erməni əsirin Azərbaycan tərəfindən azad edilməsini alqışlayıb.

Gununsesi.info