Blinkenlə Netanyahunun görüşünün təfərrüatları məlum olub

  • By ilhame
  • 09 Yanvar 2024 19:01

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün təfərrüatları məlum olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə A.Blinken “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

 

Görüş zamanı dövlət katibi təsdiqləyib ki, ABŞ İsrailin oktyabrın 7-də baş verənlərə bənzər hadisələrin təkrarlanmasının qarşısını almaq hüququnu dəstəkləyir: “Mən həmçinin mülki şəxslərə dəyən zərərin qarşısının alınmasının, mülki infrastrukturun qorunmasının və humanitar yardımın Qəzzada paylanmasının təmin edilməsinin vacibliyini vurğuladım”.

 

Xatırladaq ki, A.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İsxak Hersoqla görüşüb.

 

Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Gununsesi.info