Bloomberg: ABŞ Polşadan Ukraynaya silah tədarükünün “dayandırılması” ilə bağlı izahat tələb edir

  • By admin
  • 23 Sentyabr 2023 12:22
mateuş moravetski

ABŞ Polşanın baş naziri Mateuş Moravetskinin sözlərinə aydınlıq gətirmək üçün Polşaya müraciət edib. O, dövlətinin özünü yenidən silahlandırdığı üçün hələ də Ukraynaya hərbi yardım göndərmədiyini deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg”ə ABŞ müdafiə sektorunun yüksək rütbəli məmuru bildirib.

Adının açıqlanmasını istəməyən məmur Polşanın Ukraynanı dəstəkləməyə sadiq qaldığını, lakin onun dəqiq mövqeyinin bəlli olmadığını bildirib.

Bununla belə, o əlavə edib ki, Kiyev və Varşava arasındakı fikir ayrılıqları hələ ki, Ukraynanı dəstəkləyən koalisiyanın birliyinin parçalanmasına səbəb olmayıb.

Avropadakı diplomatik mənbə “Bloomberg”ə bildirib ki, polşalı diplomatlar xarici həmkarlarını, hətta kiçik miqyasda da olsa, Polşanın Ukraynaya hərbi dəstəyini davam etdirəcəyinə özəl olaraq əmin ediblər.

Mənbə əlavə edib ki, Polşanın Ukraynaya dəstəyini itirməsi Ukraynanın hərbi kampaniyası üçün fəlakətli ola bilər, çünki bu, NATO birliyini pozmaq təhlükəsi yaradır.

Xatırladaq ki, ötən gün Polşanın baş naziri Mateuş Moravetski deyib ki, Varşava indi öz ordusunu yenidən silahlandırmağa diqqət yetirir və buna görə də hərbi yardımını Kiyevə göndərmir.

Bu bəyanat Polşanın Ukraynanın kənd təsərrüfatı məhsullarına birtərəfli qaydada məhdudiyyətləri və Ukraynanın cavab tədbirləri ilə bağlı Varşava və Kiyev arasında yaranmış gərginlik fonunda səslənib.

Bundan sonra Polşa hökuməti aydınlaşdırıb ki, Varşava hələlik Ukrayna ilə müqavilələr də daxil olmaqla, yalnız əvvəlcədən razılaşdırılmış sursat və silah tədarükünü həyata keçirir.

Polşa prezidenti Andjey Duda daha sonra Moravyeckinin sözlərinin yanlış şərh edildiyinə aydınlıq gətirib.

Səid Əhmədli
Gununsesi.info