Türkiyə öz ərazisində Amerikanın “General Electric” korporasiyasının F-16 qırıcılarında istifadə olunan F110 mühərriklərinin istehsalını açmaq istəyir.
Gununsesi.info-nun məlumatına görə, “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Türk Aerokosmik Sənayesinin beşinci nəsil “Kaan” döyüş təyyarələrini onlarla təchiz etməyi planlaşdırır.
Məlumata görə, Ankara artıq Vaşinqtondan bu mühərriklərin istehsalında birgə iştirak etmək üçün icazə istəyib. Türkiyə öz mühərrik modellərini inkişaf etdirənə qədər hər bir Kaan qırıcısını iki F110 ilə təchiz etmək niyyətindədir.
“Bloomberg” qeyd edir ki, “Kaan”ın ilk uçuşu 2024-cü ilin yanvarına planlaşdırılıb.
Bu qırıcı 2017-ci ildən Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun kütləvi istehsalına 2028-ci ildə başlanacağı planlaşdırılır. Türkiyə rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələri ilə xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.
Gununsesi.info